BAKI, 4 mart. TELEQRAF
“İranın bundan sonra ABŞ ilə heç bir danışıqlar aparmaq niyyəti yoxdur”.
Teleqraf xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Məhəmməd Möhbər deyib.
“İran ABŞ və İsraillə istədiyi qədər müharibə apara bilər. Səkkiz illik müqəddəs müdafiə dövründə olduğu kimi (1980-1988-ci illər İran-İraq müharibəsi – red.) müharibəni istədiyimiz qədər davam etdirə bilərik”, - o qeyd edib.
Möhbərin sözlərinə görə, İran ABŞ-yə etibar etmir: “Amerikalılara etibar etmirik və onlarla heç bir danışıqlar aparmaq niyyətində deyilik”.