BAKI, 4 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin Livanın Baalbek şəhərinə endirdiyi zərbə nəticəsində azı dörd nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, Beyrutdan təxminən 60 kilometr cənub-şərqdə yerləşən Baalbek şəhərinə aviazərbə endirilib. Şəhərin tibb xidmətlərinin məlumatına görə, daha azı 10 nəfər yaralanıb.

Məlumata əsasən, İsrail qüvvələri Əl-Asira rayonunda yaşayış binasını hədəfə alıb. Qeyd olunur ki, dağıntılar altında hələ də zərərçəkənlər qala bilər.