BAKI, 11 yanvar. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələri Suriyada “İslam Dövləti” terror qruplaşmasına məxsus 35 hədəfi vurub.

Teleqraf xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata görə, terrorçuların mövqelərinə qarşı həyata keçirilən əməliyyatda 20-dən çox ABŞ qırıcısı iştirak edib. Hava hücumları zamanı ABŞ HHQ İŞİD-ə məxsus hədəflərə təxminən 90 yüksək dəqiqlikli sursat buraxıb.

Bildirilir ki, zərbələr Suriyanın müxtəlif bölgələrində yerləşən terrorçuların mövqelərinə endirilib.

***

00:53

ABŞ Suriyadakı İŞİD terror qruplaşmasının hədəflərinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Foxnews" məlumat yayıb.

Daba öncə Britaniya və Fransa Suriyada İŞİD-in yeraltı silah anbarına hava hücumu həyata keçirib.