BAKI, 11 mart. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu braziliyalı futbolçu Fredlə bağlı qərarını verib.

Teleqraf RTI Esporte nəşrinə istinadən xəbər verir ki, Superliqa təmsilçisi 33 yaşlı yarımmüdafiəçi ilə maraqlanan Braziliyanın “Atletiko Mineyro” komandasından transfer üçün satınalma haqqı tələb edir.

Hazırda İstanbul klubunda ildə 5,1 milyon avro qazanan futbolçu üçün “sarı-lacivərdlilər” 12 milyon avro tələb edir. Transferdə əsas çətinlik “Fənərbağça”nın tələb etdiyi məbləğ və oyunçunun yüksək maaşıdır.

“Atletiko Mineyro”dan başqa Braziliyanın digər klubları da Fredlə yaxından maraqlanır. Braziliyalı futbolçu Səudiyyə Ərəbistanı klublarından aldığı bəzi təklifləri isə rədd edib.

Qeyd edək ki, Fred 2023-cü ildə “Mançester Yunayted”dən “Fənərbağça”ya transfer olunub. Onun Superliqa klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.