BAKI, 11 mart. TELEQRAF

İranın paytaxtı Tehranda erməni məhəlləsi hava hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, Tehranın Məcidiyə rayonundakı erməni məhəlləsi ABŞ və İsrailin hava hücumu zamanı hədəfə alınıb. Sakinlər arasında itki olmasa da, bir yaşayış binasının dağıldığı bildirilib.

Ermənilər hücumdan sonra ABŞ Prezidenti Donald Tramp tənqid ediblər.