BAKI, 11 mart. TELEQRAF
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 13 mart 2026-cı il tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 10:00-dan Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulu keçiriləcək.
"Qəbula gələn vətəndaşların qeydiyyatı 12 mart 2026-cı il tarixində Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]" - deyə məlumatda qeyd olunub.