BAKI, 11 mart. TELEQRAF
ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzü beynəlxalq birliyin diqqətindən kənarda qalarsa, dünya nizamı və qlobal təhlükəsizlik ciddi şəkildə pozulacaq.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.
M.Pezeşkian beynəlxalq təşkilatları mövcud vəziyyətə reaksiya verməyə çağırıb:
"Əgər beynəlxalq ictimaiyyət və təşkilatlar İrana qarşı hərbi təcavüzə səbəb olan fundamental amilləri nəzərə almasa və onları araşdırmasa, dünya nizamı və qlobal təhlükəsizlik sarsılacaq, dünya xaosla üz-üzə qalacaq".