BAKI, 29 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında keçirilən görüş yekunlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Rete4 telekanalının “Zona Bianca” proqramında bildirib. Məlumatı “Corriere della Sera” qəzeti yayıb.
Nazirin sözlərinə görə, görüşdən sonra Tramp və Zelenski Avropa liderləri ilə videokonfrans formatında müzakirələr aparır. Videobağlantıda İtaliyanın Baş naziri Corcia Meloni də iştirak edir.
Antonio Tayani qeyd edib ki, İtaliya ABŞ-nin təşəbbüslərini tam dəstəkləyir.
Qeyd edək ki, Tramp və Zelenski arasında görüş dekabrın 28-də Mar-a-Laqo iqamətgahında başlamışdı.