BAKI, 28 dekabr. TELEQRAF

İsrail Müdafiə Nazirliyi ordunun istifadəsinə ən yeni "Iron Beam" lazer hava hücumundan müdafiə sisteminin ilk işlək qurğusunu təhvil verib.

Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Məlumatda bildirilir ki, Müdafiə Nazirliyi bazar günü “Iron Beam” adlanan yüksək güclü lazerlə hədəfləri məhv edən ilk əməliyyat sisteminin çatdırıldığını elan edib.

Sistem "Rafael Advanced Defense Systems" şirkəti tərəfindən hazırlanıb.

İsrailin müdafiə naziri İsrail Kats sistemin təhvil verilməsini tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, dünyada ilk dəfə olaraq yüksək güclü lazerlə işləyən ələkeçirmə sistemi tammiqyaslı istismar səviyyəsinə çatıb.