QARABAĞ, 29 dekabr. TELEQRAF

Ağdamda baş verən yol qəzasında ər və arvad xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub.

Qəza zamanı "VAZ"2107 markalı avtomobilin sürücüsü rayonun Sarıcalı kənd sakini 1973-cü il təvəllüdlü Mehdiyev Taleh Camal oğlu və onun həyat yoldaşı 1983-cü il təvvəlüdlü Mehdiyeva Aliyə Cəmil qızı xəsarət alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.