BAKI, 28 dekabr. TELEQRAF

Suriyanın qərbində yerləşən Latakiya və Tartus əyalətlərində baş verən iğtişaşlar nəticəsində azı üç nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında təhlükəsizlik xidmətinin bir əməkdaşı da var.

Televiziya kanalının məlumatına görə, 48 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların əksəriyyəti odlu silahdan açılan atəş nəticəsində yaralanıb.