BAKI, 29 dekabr. TELEQRAF
Azərbaycan istehsalı olan benzinin Ermənistan vətəndaşları üçün iqtisadi baxımdan sərfəli olması səbəbindən yanacaq məntəqələrində növbələr yaranır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri yerli mətbuata müsahibəsində bildirib.
Mirzoyan qeyd edib ki, Ermənistan Azərbaycanla birbaşa ticarət əlaqələrinin qurulmasını müzakirə edir:
“İnanıram ki, sülhün institutlaşdırılması istiqamətində və təcrübəyə əsaslanan əməkdaşlıqda nə qədər irəliləsək, cəmiyyətimizdə mövcud olan psixoloji baryerləri kənara qoysaq, bu cür ssenarilər bir o qədər real olacaq”.