AĞDAŞ, 28 dekabr. TELEQRAF

Ağdaşda avtomobilin hasara çırpılması nəticəsində sürücü xəsarət alıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü Yusif Məmmədov idarə etdiyi "VAZ-21015" markalı avtomobil ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib.

***

21:05

Ağdaşda avtomobil hasara çırpılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Maşad kəndi ərazisində baş verib.

İdarəetmədən çıxan avtomobil yol kənarındakı hasara çırpılıb.

İlkin məlumata görə, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.