BAKI, 29 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfinin münaqişə başa çatdıqdan sonra Ukraynanın bərpasında iştirak edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Amerika lideri bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra verib. Onun sözlərinə görə, Moskva Ukraynanın uğurlu olmasında maraqlıdır.
“Onlar kömək edəcəklər. Rusiya Ukraynanın bərpasına dəstək verəcək. Prezident Putin Ukraynanın inkişafına, o cümlədən enerji və elektrik təchizatına münasibətdə böyük səxavət nümayiş etdirib”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl Putinlə mümkün yeni görüşün vaxtı və yerini müzakirə etdiyini təsdiqləmişdi. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə liderlərin Trampın Vladimir Zelenski ilə görüşündən sonra yenidən telefon danışığı aparmaq barədə razılığa gəldiyini bildirib.