BAKI, 29 dekabr. TELEQRAF

Suriyanın Tartus şəhərində təhlükəsizlik qüvvələrinin bölməsinə edilən hücum nəticəsində iki polis əməkdaşı ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Tartus qubernatoru Əhməd əş-Şami "Al Ekhbariya" telekanalına bildirib.

Onun sözlərinə görə, şübhəlilərdən biri təhlükəsizlik qüvvələrinin bölməsinə qumbara atıb və nəticədə iki əməkdaş ölüb.

Bildirilir ki, hücum Homs şəhərində aləvilərə məxsus məsciddə törədilən terror aktına etiraz məqsədilə keçirilən nümayiş zamanı baş verib.

Son məlumatlara əsasən, Latakiya və Tartus əyalətlərində baş verən iğtişaşlar nəticəsində ümumilikdə üç nəfər ölüb, 60-dan çox insan yaralanıb. Tartus şəhərində komendant saatı tətbiq edilib.