BAKI, 25 dekabr. TELEQRAF

İsrail Müdafiə Ordusu (IDF) Livana zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirinin öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, SEPAH-ın zabiti Hüseyn Mahmud Marşad əl-Coharini Livanın Nabatiya rayonunda avia-zərbə nəticəsində öldürülüb.

Onun SEPAH-ın xarici kəşfiyyat üzrə məsul şəxsi olduğu bildirilir. Məlumata görə, əl-Cövhəri İsrailə qarşı terror aktlarının planlaşdırılmasında iştirak edib.