BAKI, 2 aprel. TELEQRAF
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina istefa verib.
Teleqraf xəbər verir ki, bu gün Romada keçirilən iclasda o, istefasını təqdim edib.
Federasiya rəhbərliyi isə bunu qəbul edib.
Xatırladaq ki, Avropa zonası üzrə pley-off mərhələsinin finalında Bosniya və Herseqovina İtaliya millisini mübarizədən kənarlaşdıraraq mundiala vəsiqə qazanıb. Beləliklə, İtaliya ardıcıl üçüncü dəfə Dünya çempionatının final mərhələsindən kənarda qalıb.
Qeyd edək ki, FIGC-nin yeni prezidenti iyunun 22-də seçiləcək. Qravina 2025-ci ilin fevralından bu vəzifəni icra edirdi.
Tezliklə baş məşqçi Cennaro Qattuzonun da vəzifəsindən ayrılacağı gözlənilir.