BAKI, 24 dekabr. TELEQRAF
ABŞ Ukrayna Prezidenti Vlolodimir Zelenskinin elan etdiyi sülh planına Donbasa xarici sülhməramlıların yerləşdirilməsinə dair maddənin salınmasını tələb edə bilər.
Teleqraf xəbər berir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Donbasda azad iqtisadi zona yaradılarsa, orada nə Rusiya, nə də Ukrayna hərbçiləri olmayacaq. Buna görə də, bu əraziyə kimin nəzarət edəcəyini müəyyən etmək lazım gələcək.
"Xarici sülhməramlıların yerləşdirilməsi mümkündür. Lakin Rusiya əvvəllər Ukraynaya xarici qoşunların yerləşdirilməsi ideyasına qarşı çıxıb. Hər iki tərəf əraziyə hansı ölkələrin qoşun göndərə biləcəyi barədə razılığa gəlməkdə çətinlik çəkəcəyi ehtimal olunur", - "The Washington Post" yazıb.
Müəllif qeyd edir ki, Zelenskinin təklifləri Donbas ərazisində kompromisə doğru ilk addımdır. Bununla belə, nəşr Rusiyanın 20 maddəlik planı qəbul etməyəcəyini yazır.