BAKI, 23 dekabr. TELEQRAF
Tərtərdə repetitor yanına gedən 13 yaşlı yeniyetmə qadın müəllimin əri tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalıb.
Teleqraf-ın məlumatına görə, hadisə ötən ilin dekabrında baş versə də, cinayət işi ilə bağlı ötən həftə hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Araz Bədirov (ad-soyad şərtidir) 16 il müddətinə azadlıqdan məhrum olub.
Bundan başqa, o, iki il müddətinə övladlarını tərbiyə etmək hüququndan da məhrum edilib.
Cinayət hadisəsinə gəlincə, zərərçəkmiş Nigar Həmzəyeva xalası qızı Gülnarı 1977-ci il təvəllüdlü Araz Bədirovun müəllim həyat yoldaşı Aybəniz Bədirovanın (ad-soyadlar şərtidir) yanına hazırlığa aparıb və daha sonra divanda oturaraq dərsin bitməsini gözləyib. Bu zaman 48 yaşlı Araz divanda əyləşən Nigara əli ilə əxlaqsız hərəkətlər edib.
Hazırlıq müəlliminin başı dərsə qarışdığından ərinin əməlindən xəbərsiz olub. Nigar isə baş verənlərdən sonra tələsik müəllimdən icazə alıb və xalası qızı ilə evə yollanıb. Evə çatan Nigar Amilin əməlləri barədə xalası və nənəsinə dərhal məlumat verib.
Nigarın ailə üzvləri Amilgilin evinə yollansa da, təqsirləndirilən şəxs evə gəlməyib. Bundan sonra Nigarın yaxınları polisə məlumat verib.
"Amil öz qohumlarını evimizə minnətçi göndərdi. Hətta diz çöküb yalvardılar, pul da təklif etdilər ki, şikayətçi olmayaq" - Nigarın nənəsi ifadəsində bildirib.
Qeyd edək ki, zərərçəkmiş Nigar Həmzəyeva 5-ci sinif şagirdi olub. Onun valideynləri ayrıldığı üçün bir müddət nənəsinin yanında qalmalı olub.