BAKI, 16 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasının əvvəlkindən daha yaxın olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.

“Düşünürəm ki, indi biz Ukraynada nizamlanmaya heç vaxt olmadığı qədər yaxınıq. Görək nə etmək olar”, - deyə Tramp vurğulayıb.

ABŞ lideri həmçinin Ukrayna və Avropa ölkələrinin rəhbərləri ilə aparılan danışıqların müsbət getdiyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun müzakirəsi olub.

Tramp əlavə edib ki, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Niderland, Norveç, Polşa, Finlandiya, Fransa liderləri və NATO rəhbərliyi ilə də uzun və yaxşı danışıqlar aparıb.