BAKI, 13 dekabr. TELEQRAF

Yaponiyanın "Honda Motor" şirkəti ABŞ bazarında ticarət balansını yaxşılaşdırmaq məqsədilə ABŞ-də istehsal olunan öz avtomobillərinin idxalını genişləndirməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, şirkət hazırda bazar araşdırması aparır və ABŞ-dən hansı modellərin idxal edilə biləcəyini qiymətləndirir. Oxşar addımların "Toyota Motor" tərəfindən də planlaşdırıldığı, "Nissan Motor"un isə qərarı bazar təhlilindən sonra verəcəyi bildirilir.

Qeyd olunur ki, ticarət defisitinin azaldılması Yaponiya ilə ABŞ arasında aparılan danışıqlarda əsas mövzulardan biri olub. ABŞ prezidenti Donald Tramp bu məsələ ilə bağlı narazılığını dəfələrlə ifadə edib.