BAKI, 23 sentyabr. TELEQRAF

Kəlbəcər rayonunda yerləşən Söyüdlü (Zod) qızıl yatağında flotasiya zavodu və əlaqədar infrastrukturun qurulması, zənginləşdirilmiş filiz istehsalına başlanılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, Balakəndə "Filizçay" yatağında tikinti işlərinə başlanılması, Elbəydaş yatağının minalardan təmizlənməsi, Ağdərə rayonundakı "Dəmirli", eləcə də "Xarxar" və "Qaradağ" yataqlarında hasilat dövrünə keçidə zəruri dəstəyin göstərilməsi planlaşdırılır.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında "Ortakənd" qızıl yatağı üzrə hasilata başlanılması və digər prioritet yataqların sənaye istismarına cəlb edilməsi təmin olunacaq.