Venesuela hökuməti ABŞ-nin bu ölkəyə deportasiya reyslərini birtərəfli qaydada dayandırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Venesuela Milli Aviasiya İdarəsi bildirib ki, dekabrın 12-də Karakasa enməli olan növbəti deportasiya reysi ləğv edilib.

Bəyanatda qeyd olunub ki, Venesuela öz vətəndaşlarını qəbul etməyə hazır olduğunu, lakin ABŞ-nin bu addımının koordinasiya olunmuş prosesi pozduğunu hesab edir:

“ABŞ hökuməti Venesuela vətəndaşlarının geri qaytarılmasını birtərəfli qaydada dayandırmaq barədə qərar verib.”

ABŞ administrasiyası isə iddianı dərhal rədd edib. CNN-ə açıqlama verən rəsmi nümayəndə bildirib:

“Bu doğru deyil. Venesuelaya deportasiya reysləri davam edəcək.”

Xatırladaq ki, son aylarda ABŞ-dən Venesuelaya bir neçə deportasiya reysi həyata keçirilmişdi.