BAKI, 13 dekabr. TELEQRAF
ABŞ Nümayəndələr Palatasının nəzarət komitəsindəki Demokrat Partiya üzvləri maliyyəçi Ceffri Epşteyn işi üzrə 95 min yeni fotoşəklin təqdim edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, demokratlar bu materialları “narahatedici” adlandırıblar.
Bildirilir ki, şəkillər Epşteynin dünyadakı ən nüfuzlu şəxslərlə əlaqələrinə dair daha çox suallar yaradır.
Məlumata görə, 10 dekabrda Nyu-York ştatının cənub dairə məhkəməsi Epşteyn işi üzrə materialların dərcinə icazə verib. Epşteyn yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə ittiham olunmuş və istintaq zamanı intihar etmişdi.