BAKI, 11 dekabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada rəsmi səfərdə olan İran Prezidenti Masud Pezeşkianı qarşılayıb.

Teleqraf xəbər verir ki, "Akorda" Prezident Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hazırda tərəflər arasında yüksək səviyyəli danışıqlar davam edir. Görüşdə ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə Qazaxıstan-İran əməkdaşlığının daha da gücləndirilməsi məsələləri müzakirə olunur.