BAKI, 2 dekabr. TELEQRAF

Tayland BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmaq üçün Hindistandan rəsmi dəstək istəyib.

Tekeqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tayland Hindistanın 2026-cı ildə BRİKS-ə sədrlik edəcəyi dövrdə ölkənin təşkilata üzvlüyünə dəstək göstərilməsini xahiş edib.

Danışıqlar zamanı tərəflər, həmçinin mövcud geosiyasi çağırışlar fonunda xarici siyasət məsələlərini müzakirə edib, regional inteqrasiyanın gücləndirilməsi üçün əməkdaşlığa hazır olduqlarını bildiriblər.