BAKI, 25 noyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin 25 noyabrdan etibarən üçgünlük dövlət səfəri çərçivəsində Qırğızıstana yollanır. Səfər 27 noyabra qədər davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Putin Bişkekdə bir sıra ikitərəfli görüşlər keçirəcək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak edəcək. Səfər Qırğızıstan lideri Sadır Japarovun dəvəti ilə baş tutur.
Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq, birgə bəyanat və bir sıra sənədlərin imzalanması gözlənilir.
27 noyabrda Putin KTMT sammitində iştirak edəcək və 2026-cı ildə Rusiyanın təşkilata sədrlik prioritetləri barədə çıxış edəcək.