BAKI, 18 noyabr. TELEQRAF
Rusiya və Hindistan liderlərinin növbəti sammiti çərçivəsində bir sıra ikitərəfli razılaşmaların hazırlanması üzrə danışıqlar aparılır.
Teleqraf xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.
Nazirin sözlərinə görə, Yeni Dehli Vladimir Putinin Hindistana səfərinə hazırlaşır və tərəflər müxtəlif sahələri əhatə edən yeni layihə və sazişlər üzərində işləyirlər.
“Hazırda müxtəlif istiqamətlər üzrə bir sıra ikitərəfli sənədlər müzakirə olunur”, - Cayşankar qeyd edib.