BAKI, 16 noyabr. TELEQRAF

İsrail hesab edir ki, Amerikanın F-35 qırıcılarının Səudiyyə Ərəbistanına mümkün satışı Ər-Riyadın yəhudi dövləti ilə münasibətləri normallaşdırması ilə şərtlənməlidir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail rəhbərliyindəki mənbələrə istinadən "Axios" portalı məlumat yayıb .

Məlumata görə, İsrail “ABŞ-nin Səudiyyə Ərəbistanına F-35 satmasına qarşı deyil, lakin krallıqla normal münasibətlərin qurulmasını istəyir”. Portalın mənbəsinin sözlərinə görə, İsrail hesab edir ki, iki ölkə arasında münasibətləri normallaşdırmadan sövdələşmə “səhv və əks-məhsuldar olardı”.