BAKI, 15 noyabr. TELEQRAF

ABŞ-nin təhdidləri ilə üzləşən Venesuela Tehrandan birbaşa hərbi dəstək yox, siyasi yardım istəyib.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti"- yə İran Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Venesuela Amerikanın təhdidlərinə cavab olaraq İrandan hərbi dəstək istəməyib, lakin İslam Respublikasından siyasi yardım variantlarını müzakirə edib", - mənbə Karakasın mümkün hərbi yardım tələbi ilə bağlı suala cavab olaraq bildirib.