BAKI, 12 noyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında rəsmi danışıqlar başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, danışıqlarda iki ölkə arasında strateji tərəfdaşlığın və əməkdaşlığın inkişafı məsələləri müzakirə olunur.