BAKI, 28 oktyabr. TELEQRAF
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan iki pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün "Max" kanalında məlumat verib.
"Fövqəladə xidmətlər dağıntıların olduğu yerdə işləyir", - mer yazıb.
Oktyabrın 27-də səhər saatlarında Sobyanin hava hücumundan müdafiə bölmələrinin bir gecədə 30 PUA-nı məhv etdiyini bildirib.