BAKI, 15 dekabr. TELEQRAF

Avropa İttifaqı iki Azərbaycan vətəndaşına sanksiya tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının qərarı “Avropa İttifaqının Rəsmi Jurnalı”nda dərc olunub.

Məlumata görə, sanksiya siyahısına Tələt Səfərov və Etibar Əyyub daxil edilib.

Qeyd edək ki, Tələt Səfərov BƏƏ-də qeydiyyatdan keçmiş "2Rivers Group" şirkətinin baş direktorudur. Brüsselin məlumatına görə, şirkət Rusiyadan neft tədarükü və ixracı ilə məşğuldur, xüsusilə "Rosneft"ə məxsus neftin faktiki mənşəyini gizlədərək satışını həyata keçirir.

Həmçinin, Etibar Eyyub da "2Rivers Group" şirkətində çalışır.

Xatırladaq ki, may ayında Böyük Britaniya da onları öz sanksiya siyahısına əlavə etmişdi.