BAKI, 24 oktyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron "İstəklilər Koalisiyası"nın üzvləri qarşısında çıxışı zamanı deyib ki, qrup Ukraynanın enerji təhlükəsizliyini dəstəkləməli və Rusiyaya təzyiqi davam etdirməlidir.

Teleqraf xəbər verir ki, Makron ABŞ-nin sanksiyalarının dönüş nöqtəsi olduğunu bildirib.

Makron əlavə edib ki, koalisiya Rusiyanın kölgə donanması probleminin həllində böyük irəliləyiş əldə edib.