BAKI, 16 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" hesabında yazıb.

"Biz bu gün ticarət əlaqələrinin bərpası məsələsini müzakirə etdik. Danışığımız çox məhsuldar oldu. Putin ABŞ-ı Yaxın Şərqdə sülhün əldə edilməsinə nail olunması münasibətilə təbrik etdi. Mən əslində inanıram ki, Yaxın Şərqdəki uğur Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqlarımıza kömək edəcək. Biz, həmçinin Ukrayna ilə müharibə bitəcəyi təqdirdə Rusiya ilə ABŞ arasında ticarət münasibətləri haqqında danışdıq. Bu gün qaldırdığımız məsələlər sabah Ukrayna Prezidenti ilə görüşdə də müzakirə olunacaq. Gələn həftə ABŞ və Rusiya arasında yüksək səviyyəli görüş keçiriləcək" - Tramp bildirib