BAKI, 13 oktyabr. TELEQRAF
Ukrayna Hərbi Dəniz Qüvvələri Niderlanddan "Alkmaar" tipli mina əleyhinə gəmi alıb.
Teleqraf xəbər verir ki, bu barədə “Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyijpapa məlumat verib.
“Yaxınlarda tərəfdaşlarımızdan Alkmaar tipli mina əleyhinə gəmi aldıq, ilin sonuna qədər daha birinin təhvil veriləcəyini gözləyirik. Ekipajın hazırlığı artıq davam edir”, - deyə Neyijpapa bildirib.
Məlumata görə, Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı həmçinin Niderlandın müdafiə naziri Ruben Brekelmans və Silahlı Qüvvələrin baş komandanı, general Onno Eyxelsxaym ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə edib.