BAKI, 9 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Qəzza üzrə sülh planının birinci mərhələsinə dair razılaşmalar imzaladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social"da məlumat yayıb.

“İsrail və HƏMAS sülh planımızın birinci mərhələsinə dair razılaşmaları imzalayıb. Bu o deməkdir ki, bütün girovlar yaxın zamanda azad ediləcək, İsrail isə razılaşdırılmış xəttə qədər qoşunlarını geri çəkəcək”, - o yazıb.