BAKI, 14 avqust. TELEQRAF

Türkiyənin Çanaqqala bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, iki maşının toqquşması nəticəsində azı 6 nəfər ölüb.

Hadisə yerinə jandarma, tibb işçiləri və yanğınsöndürənlər göndərilib.

Faktla bağlı araşdırma aparılır.