BAKI, 16 iyun. TELEQRAF

İranın Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ istehsalı olan və İsrailə məxsus MQ-9 Reaper tipli pilotsuz uçuş aparatını (PUA) İraqla sərhəddə yerləşən Dehloran şəhəri üzərində vurub.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyasının məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl bəyan etmişdi ki, İsrailə qarşı hərbi əməliyyatlar onun tam məhv edilməsinə qədər davam edəcək.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.