BAKI, 4 iyun. TELEQRAF
ABŞ Qəzzada atəşkəsin yaradılması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim edilən qətnaməyə veto qoyub.
Teleqraf xəbər verir ki, Birləşmiş Ştatlar bu qərarı layihədə HƏMAS-ın pislənməməsi ilə əsaslandırıb.
Dünən BMT TŞ-nin 10 qeyri-daimi üzvü (E10) tərəfindən imzalanan və qrup koordinatoru Sloveniya tərəfindən təqdim edilən "Qəzza layihə"sini müzakirə etmək üçün toplaşıblar.
Keçirilən səsvermədə ABŞ veto hüququndan istifadə edib.
ABŞ Nümayəndəsi Doroti Şi bu addımı belə əsaslandırıb: "Sözügedən qətnaməyə qarşı çıxmağımız heç də təəccüblü deyil. Nəyi ehtiva etdiyi, ya ehtiva etmədiyi və irəli sürülmə tərzinin hamısı qəbul edilməzdir. ABŞ HƏMAS-ı qınamayan heç bir tədbiri dəstəkləməyəcəyini açıq şəkildə bildirdi”.