BAKI, 30 may. TELEQRAF

Ukraynanın Xarkov şəhəri mayın 30-na keçən gecə pilotsuz təyyarələrin kütləvi hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov “Telegram” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın PUA hücumu zamanı azı 9 şəhər sakini yaralanıb. Xəsarət alanlar arasında uşaqlar və qadınların da olduğu bildirilir.