BAKI, 23 may. TELEQRAF

Ukraynada uçuş məsafəsi 800 km olan “Batyara” adlı yeni pilotsuz təyyarə hazırlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Military” portalı məlumat yayıb.

Dron "DeepStrikeTech" tərəfindən hazırlanıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı yeni FP-1 pilotsuz təyyarələrindən istifadə etməyə başlayıb.

Ukrayna FP-1 tipli pilotsuz uçuş aparatları ilə Saratov, Moskva, Voronej, Kaluqa və Tula vilayətlərinə zərbələr endirib.