BAKI, 22 may. TELEQRAF

Qətərin hədiyyə etdiyi "Boing" təyyarəsi ABŞ Prezidentinin uçuşları üçün uyğunlaşdırılır.

Teleqraf xəbər verir ki, məlumatı Pentaqon yayıb.

Departamentdən Qətərin hədiyyəsi olan təyyarənin bütün federal qaydalara uyğun olaraq qəbul olunduğunu vurğulayıblar.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell bildirib ki, Pentaqon "Boing"in adekvat təhlükəsizlik tədbirlərinə və funksional tələblərə uyğunlaşdırmağı planlaşdırır.

Xatırladaq ki, Qətərin hədiyyəsi olan "Boeinq 747-8" təyyarəsinin qiyməti 400 milyon dollara yaxındır.