
BAKI, 20 may. TELEQRAF
"Ukraynadakı müharibə ilə bağlı nizamlanma prosesində irəliləyiş olmasa, ABŞ bu proseslərdəki rolunu Avropaya güzəştə gedəcək".
Teleqraf xəbər verir ki, Ağ Evin rəhbəri Donald Tramp belə deyib.
Ümumiyyətlə, o hesab edir ki, ABŞ Ukrayna ilə bağlı qarışmamalı idi, "bu, Avropanın problermi olaraq qalmalıydı".
Bundan başqa, D.Tramp bildirib ki, ABŞ Ukraynaya silah nəqlini artıra bilər, sadəcə, Prezident münaqişənin tezliklə həll olunacağına inandığından, düşünür ki, buna ehtiyac qalmayacaq.
Ağ Ev rəhbəri eyni zamanda Ukraynaya əsgər göndərməyəcəyini də bildirib: "Ukraynada Amerika əsgəri olmayacaq".
Xatırladaq ki, mayın 19-da ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ukraynadakı münaqişə mövzusunda telefon danışığı aparıb.