BAKI, 20 may. TELEQRAF

Pakistanla Hindistan arasında 4 günlük müharibə Fransaya ciddi zərbə vurub.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki dövlət arasında münaqişə zamanı Pakistan ordusu Hindistanın Fransa istehsalı olan 3 ədəd “Rafale” döyüş təyyarəsini vurub.

Məlumata görə, həmin hadisədən sonra İndoneziya Fransa ilə 8,1 milyard dollarlıq müqaviləni ləğv edib. İndoneziya Avropa ölkəsindən 42 ədəd “Rafale” qırıcısı almağı planlaşdırıbmış.

Xəbərdə bildirilir ki, döyüş təyyarələrinin vurulması Fransa qırıcılarının reputasiyasını xeyli zəiflədib. İndoneziya ilə anlaşamanın baş tutmamasına da “Rafale”nin real döyüş şəraitində zəif göstəriciləri səbəb olub.