BAKI, 18 may. TELEQRAF

İrkutska uçan təyyarə texniki nasazlıq səbəbindən Novosibirsk hava limanına qayıdıb.

Teleqraf xəbər verir ki, “Sibir” Hava Yollarına məxsus “Boeing 738” sərnişin təyyarəsi texniki nasazlıq üzündən geri qayıtmaq məcburiyyətində qalıb.

Bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Təyyarə yerə endirilib. Uçuşun həyata keçirilməsi üçün ehtiyat təyyarə ayrılıb", - məlumatda deyilir.

Təyyarədə 160-dan çox sərnişin olub.