BAKI, 18 may. TELEQRAF

Ukrayna münaqişəndə danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Konqresi tezliklə anti-Rusiya sanksiyalarını sərtləşdirə bilər. ABŞ administrasiyası bununla bağlı Rusiyaya xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio “CBS News” telekanalına müsahibəsində bildirib.

Amerikalı diplomat deyib: “Biz iki aya yaxındır Rusiyaya dəfələrlə xəbərdarlıq edirik ki, Ukraynada sülhlə bağlı irəliləyiş olmazsa, sanksiyalar baş verəcək. Ona görə də hesab edirəm ki, bu, indi reallığa çevrilir”.

Dövlət katibi əlavə edib ki, bu təşəbbüs ABŞ qanunvericilik orqanının hər iki palatasında əhəmiyyətli dəstəyə malikdir.