BAKI, 17 may. TELEQRAF

ABŞ-nin şərqində tornadolarla müşayiət olunan güclü qasırğa nəticəsində 20-dən çox adam ölüb, onlarla insan yaralanıb.

Teleqraf xəbər verir ki, minlərlə evə ciddi ziyan dəyib.

Xilasedicilər hələ də dağıntıları təmizləməkdədirlər.

Fırtına daha çox Missuri və Kentukki ştatlarını vurub. Külək evlərin damlarını qoparıb, pəncərələri sındırıb, ağacları kökündən çıxarıb; yüz minlərlə insan işıqsız qalıb.

Hazırda yerlərdə axtarış-xilasetmə əməliyyatları davam edir. Hökumət rəsmilərinin sözlərinə görə, qurbanların sayı arta bilər.