BAKI, 16 may. TELEQRAF

Britaniya Hərbi Hava Qüvvələrinin Oksfordşirdəki keçmiş bazasında yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “The Mirror” yazıb.

Yanğın keçmiş aviabazada yerləşən Bicester Motion tarixi avtomobil və aviasiya mərkəzində olan baş verib. Qeyd edək ki, orada klassik avtomobillərin bərpası və dizaynı ilə məşğul olan 50-dən çox müəssisə yerləşir.

Şahidlər "çoxsaylı zərbə səsi" eşitdiklərini və tüstü gördüklərini bildirdilər. Yerli sakinlərə evdən çıxmamaq və bütün pəncərələri bağlamaq tövsiyə olunub.

Nəşrin məlumatına görə, yanğın yerində on yanğınsöndürmə və xilasetmə qrupu işləyir.

Yanğının səbəbi müəyyənləşdirilir. Ölən və yaralananlar barədə məlumat verilmir.