BAKI, 15 may. TELEQRAF

General-polkovnik Andrey Mordviçyov Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ali Baş Komandanı təyin edilib.

Teleqraf xəbər verir ki, quru qoşunlarının əvvəlki baş komandanı Oleq Salyukov yaşı ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Mayın 21-də onun 70 yaşı tamam olacaq.

Andrey Mordviçev Ukrayna ilə müharibə zonasında "Mərkəz" qüvvələri qrupunun komandiridir.

***

21.23

Rusiya Prezidenti Vladimir Putin ordu generalı Oleq Salyukovu quru qoşunlarının baş komandanı vəzifəsindən azad edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları məlumat yayıb.

O.Salyukovun Rusiya Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.